SON XƏBƏRLƏR

Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

2021.10.20, 07:36
Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

Gunaz.tv

GünAz TV: Hindistan-Pakistan sərhədində növbəti atışma olub.

 

"Report" xəbər verir ki, bu barədə Pakistanın mətbu orqanı ISPR məlumat yayıb.

 

Qeyd edilir ki, Kəşmirin nəzarət xəttində baş verən atışmada Hindistanın 6 əsgəri öldürülüb. Atışmada həmçinin Pakistanın da 3 vətəndaşı həlak olub. Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir. Məlumata görə, öldürülənlər arasında 7 yaşlı uşaq da var.

 

Daha əvvəl də Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar