SON XƏBƏRLƏR

Hindistanın “Chennai petroleum” neft elmalı zavodu İrandan xam neft idxalını dayandırır

2021.10.20, 07:36
Hindistanın “Chennai petroleum” neft elmalı zavodu İrandan xam neft idxalını dayandırır

Gunaz.tv

GünAzTV: Hindistanın “Chennai petroleum” neft elmalı zavodu İrandan xam neft idxalını dayandırır. Bu barədə Röyters” agentliyi sentyabrın 20-də adlarının hallandırılmasını istəməyən 3 hind mənbəyinə istinadən məlumat yayıb.

 

Yayılan məlumata əsasən, “Chennai petroleum” bildirib ki, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan ehtiyatlanaraq malik olduğu öz sığorta hüququnu itirməmək üçün, oktyabrın 1-dən İranla əməkdaşlığını dayandırmaq qərarına gəlib.

 

Bildirilir ki, Hindistan Neft Şirkətinin (İOC) nəzdində fəaliyyət göstərən , “Chennai petroleum”, 2018-ci ildə (bu il) İrandan 2 milyon barel neft almaq üçün rəsmi Tehranla müqavilə imzalamışdı. “Chennai petroleum” bildirib ki, oktyabr ayı üçün əvvəlcədən proqramlaşdırılmış 1 milyon barel neftin gəmilərə yüklənməsi prosesini artıq ləğv edib.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinin satışına sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar