SON XƏBƏRLƏR

Təhlükəsizlik idarəsi Urmuda mədəni tədbirin keçirilməsinə icazə verməyib

2022.01.31, 08:35
Təhlükəsizlik idarəsi Urmuda mədəni tədbirin keçirilməsinə icazə verməyib

Gunaz.tv

Bu barədə urmulu mədəniyyət xadimləri və sosial media fəalları məlumat yayıb.

Yanvarın 22-26-ı arası Urmu Mədəniyyət Həftəsi adı altında keçirilən tədbirin son gününün azərbaycanlı musiqiçiyə həsr olunması planlaşdırılsa da, ETTELAT bunun qarşısını alıb.

Yekun tədbir təhlükəsizlik və SEPAH üzvlərinin iştirakı ilə “Difai Müqəddəs” muzeyində baş tutub.

Mədəniyyət xadimləri və seminar təşkilatçılarının məsələ ilə bağlı etiraz müraciətlərinə əhmiyyət verilməyib və “belə məsləhətdir” deyə, narazı təşkilatçılara xəbərdarlıq edilib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar