SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları etirazçı müəllimləri həbs edib

2022.05.12, 16:07
Təhlükəsizlik məmurları etirazçı müəllimləri həbs edib

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Qurum həbs olunanlardan 9-nün kimliyini müəyyən edə bilib və məsələ ilə bağlı yaydığı məlumatda onların sayının bilənəndən daha çox olduğunu qeyd edib.

Kimliyi bilinən müəllimlər Tehran, Yasuc və Əhvaz şəhərlərində saxlanılaraq naməlum yerə aparılıblar.

İran Müəllimlər Birliyi isə 12 may mitinqi ilə bağlı yaydığı məlumatda həbs olunan müəllimlərin sayının 50 nəfərdən çox olduğunu bildirib.

Qeyd edək ki, mayın 12-də keçirilən etiraz aksiyalarında müəllimlərin əsas istəkləri məhbus müəllimlərin azadlığa buraxılması, təhsil nazirinin istefası olub. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar