SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları Evin zindanına basqın edib

2022.07.06, 09:31
Təhlükəsizlik məmurları Evin zindanına basqın edib

Gunaz.tv

Bu barədə Tehranın Evin zindanında saxlanılan məhkumların vəkillərindən biri Höccət Kirmani məlumat yayıb.

Vəkil bildirib ki, məmurlar məhkumlara məxsus bir sıra əşyaları, məktubları və şəxsi əlyazmaları götürüb, başqa şəxsi əşyaları yararsız hala salıb.

Məlumata görə, əşyaları müsadirə edilən fəallar arasında Siyamək Namazi, Murad Tahbaz, Humən Cokar, Sam Rəcəbi, Əmirhüseyn Xaliqi və Tahir Qədiriyan da var.

Hücumun səssiz və məhkəmə hökmü olmadan həyata keçirildiyini deyən Kirmani, zindan rəhbərliyindən məhbuslara aid əşyaların geri qaytarılmasını, dəyən ziyanın ödənilməsini istəyib.

Təhlükəsizlik məmurlarının hücumuna məruz qalan tanınmış çevrə fəalları Murad Tahbaz, Humən Cokar, Sam Rəcəbi, Əmirhüseyn Xaliqi və Tahir Qədiriyan ekoloji fəaliyyətləri ilə bağlı 2017-ci ilin qış ayından həbsdə saxlanılırlar.

Siyamək Namazi və Murad Tahbaz İran-Amerika vətəndaşıdırlar və bundan öncə İran parlamentinin keçmiş nümayəndəsi Əli Mütəhhəri onların İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi tərəfindən əsassız yerə tutularaq siyasi mübadilələrdə istifadə olunmalarına çalışıldığını bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar