SON XƏBƏRLƏR

Fəhlə təşkilatları və müxalif qurumlardan azərbaycanlı etirazçılara böyük dəstək

2022.07.09, 05:53
Fəhlə təşkilatları və müxalif qurumlardan azərbaycanlı etirazçılara böyük dəstək

Gunaz.tv

Aksiyaçılara qarşı xüsusi təyinatlı qüvvələrin keçirdiyi əməliyyat nəticəsində 8 mədənçi həbs olunub.

Bu olaydan sonra fəhlə təşkilatları və İran hökumətinə müxalif bir sıra qurumlar bəyanatlar yayıblar.

Bəyanatda vətəndaşlar azərbaycanlı etirazçılara dəstək verməyə çağırılır.

Adı çəkilən qurumların rəsmi veb saytlarında tətil aksiyasının səbəbləri və baş verən həbslər geniş şərh edilib.

"Haqqı uğrunda ayağa qalxan Süngün mis mədəni işçilərinə salam olsun. Repressiv qüvvələrdən istifadə edərək haqları tapdalanmış fəhlələri döyüb həbs edən molla rejiminə ayıb olsun.

İşçilərin haqlı səsini susdurmaq olmaz. Gənclərdən məzlum işçilərə dəstək vermələrini istəyirəm.

Ümumi həmkarlar ittifaqı və müvafiq beynəlxalq təşkilatlar rejimin işçilərə qarşı repressiv və soyğunçu siyasətini pisləməlidir.

İşçilərin tətil və etirazları dəstəklənməli, həbsdə olan işçilərin azadlığa buraxılmasını tələb edilməlidir"-deyə, mərkəzi qərargahı Albaniyada yerləşən İranın ana müxalifət təşkilatının başçısı özünün sosial media hesabında paylaşım edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar