İran rəsmiləri Zəncanın 50 illik Bitki Yağı Zavodunu tənqidçilərin "özününküləşdirmə" adlandırdığı "özəlləşdirmə" ilə bağladı və 540 işçini işsiz qoydu.
Gunaz.tv
Yanvar ayının 24-ü, bazar günü “Zəncan İşçilər Evi”nin katibi son 8 ildə istehsalın azalması səbəbindən "Cahan" zvodunun işçilərinin tədricən işdən çıxarılacağını elan edib.
Əsgər Nəccari “İLNA” xəbər agentliyinə verdiyi açıqlamada bildirib: "Bir vaxtlar “cahan” bitki yağı zavodunda 600-ə yaxın daimi və müvəqqəti müqavilə əsasında işçi çalıəşırdı. Ancaq onuncu və on birinci hökumətlər dövründə baş verən rəhbərlik dəyişikliyindən sonra zavod işçilərinin iş təhlükəsizlikləri problemləri çoxalmağa başladı. Nəticədə işçilərinin sayının tədricən azalması və sonda 600 nəfər çalışandan yalnız 60 nəfərinin zavodda qalması ilə nəticələndi."
O, istehsalın minimuma düşdüyünü, rəhbərliyin istehsal və işə məsuliyyətsiz yanaşdığı üçün zavodun və qalan azsaylı işçilərin normal fəaliyyət göstərə bilmədiklərini deyib.
Nəccari açıqlamasında artırıb ki, "neçə aydan bir işəgötürən bir çox işçini işdən uzaqlaşdırır. Sson vaxtlar zavodun çoxillik işçiləri neçə il öncədən maaşlarını almaq üçün məhkəməyə müraciə etdilər.
Məhkəmədə iddia qaldıran bir sıra veteran həmkarlar icra qərarlarını aldıqdan sonra işdən çıxarıldı".
Nəccarı hökumət məsullarını məsələyə münasibətdə laqeydlikdə qınayıb. O, zavod rəhbərliyinin məsuliyyətini yerinə yetirmək istəmədiyi təqdirdə yeni rəhbərliyin seçilməsi, normal istehsal və iş şərayitinin yaradılmasını hökumət rəsmilərinin borcu adlandırıb. Ona görə, əyalət və ölkə rəsmiləridə bu sayaq problemlərə laqeyd yanaşırlar.
Qeyd etmək lazımdır ki, 50 ildən artıq təcrübəsi olan Zəncan bitki yağı zavodu ölkənin ən böyük və ən qədim yağ zavodlarından biridir. Zavod maye, qənnadı yağları və bitki kərə yağı daxil olmaqla müxtəlif bitki yağları istehsal etmişdir.
Bu zavodda başqa müəssisələr kimi, “özəlləşdirmə” adı altında hakim elitaya yaxın şəxslər tərəfindən “özününküləşdirilib”.
2016-cı ildə zavodun “özəlləşdirilmə”si ilə bağlı baş verən etirazlara münasibət bildirən Zəncan fərmandarı “zavod keçmiş hökumətdə təmsil olunanlardan birinə hədiyyə edildi” demişdir.
Rəsul Bayat zavodun ən aşağı qiymətə, hökumətdə “arxası” olan birisinə verildiyini, bunun nəticəsində zavodun fəaliyyətinin böhranla üzləşdiyini söyləmişdir.
C.E