SON XƏBƏRLƏR

Hörmüzdə gərginlik artır: Qətər və Küveyt Amerikanın yaratdığı koalisiyaya qoşulur

2021.10.20, 07:36
Hörmüzdə gərginlik artır: Qətər və Küveyt Amerikanın yaratdığı koalisiyaya qoşulur

Gunaz.tv

GünAz TV: Qətər və Küveyt Amerika Birləşmiş Ştatlarının körfəzdə təşkil etdiyi dəniz koalisiyasına qoşulmağa hazır olduqlarını bəyan ediblər.

 

Koalisiya qərargahının rəhbəri Con Konklin hər iki ölkənin körfəzdə beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün yaradılmış koalisiyaya qoşulmağa hazır olduqlarını bəyan etdiklərini təsdiqləyib. O, yalnız Qətər və Küveytin sözügedən hərbi birliyə üzv olma zamanının müəyyənləşdirilməsi işlərinin qaldığını əlavə edib.

 

Con Konklinin sözlərinə görə, hazırda Kanada ilə də koalisiyada yer alması istiqamətində müzakirələr gedir.

 

Cari ilin yay ayında İranın körfəzdə bir neçə ticari gəmi və tankerə hücum etməsindən sonra ABŞ dünya ölkələrini regionda dəniz koalisiyası qurmağa çağırmışdı. Bu günə qədər Albaniya, Avstraliya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya koalisiyaya qoşulmağa hazır olduqlarını bəyan ediblər.

 

Eyni zamanda, Fransa da körfəzdə ABŞ koalisiyasından ayrı hərbi missiya həyata keçirir. Bu gün Hollandiya media orqanlarında çıxan məlumatlarda bu ölkənin gəmilərə qarşı mümkün hücumları dəf etmək üçün Fransanın körfəzdə təşkil etdiyi missiyaya qoşulacağı deyilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar