SON XƏBƏRLƏR

Möhsün Rzayi: “Neftimizi 3 ildir qaçaq yollarla satırıq”

2021.11.05, 12:43
Möhsün Rzayi: “Neftimizi 3 ildir qaçaq yollarla satırıq”

Gunaz.tv

Etnikcə özü də lor olan Möhsün Rzayi Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına böyük ziyanlar vurduğuna toxunaraq, deyib ki, Zaqros dağlarının ətəklərində yaşayan tayfalar Amerikaya qarşı üsyan qaldırmalıdır.


“Biz Amerikanın tətbiq etdiyi sanksiyalar səbəbi ilə üç ildən çoxdur ki, neftimizi qaçaq yollarla satır, pulunu isə gizli yollarla ölkəyə gətiririk.


Hesab edirəm ki, Zaqros dağlarının ətəklərində yaşayan tayfalar, o cümlədən də lorlar və bəxtiyarilər Amerikaya qarşı üsyan qaldırmalı və ABŞ-ın İrana qarşı iqtisadi mühasirəsi xalq tərəfindən qırılıb aradan qaldırılmalıdır”, -deyə İran prezidentinin iqtisadi məsələlər üzrə müavini Möhsün Rzayi bildirib.

 

Möhsün Rzayi qaçaq yollarla satdıqları neftin həcmini və ondan gələn gəlirin miqdarını açıqlamayıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar