SON XƏBƏRLƏR

Hüseyn Əştəri: “Əxlaq təhlükəsizliyi ilə bağlı planların icrası gücləndiriləcək”

2021.10.20, 07:36
Hüseyn Əştəri: “Əxlaq təhlükəsizliyi ilə bağlı planların icrası gücləndiriləcək”

Gunaz.tv

GünazTV: İran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Əştəri aprelin 26-da jurnalistlərə açıqlamasında, ictimai yerlərdə hicaba riayət etməyən qadınlara qarşı tədbirlərin sərtləşdirilməsindən və “əxlaq təhlükəsizliyi” ilə bağlı planların icrasından danışıb.

 

Hüseyn Əştərinin açıqlaması, şəxsi minik avtomobillərinin içində baş örtüyünü açan yüzlərlə qadına polis tərəfindən SMS göndərilməsindən bir gün sonraya təsadüf edib.  

 

O bildirib ki, ölkədə, o cümlədən də paytaxt Tehranda polisin əxlaq təhlükəsizliyi ilə bağlı planlarının icrası gücləndiriləcək: “Biz, ötən illərdə olduğu kimi bu il də əxlaq təhlükəsizliyi ilə bağlı tədbirləri tam gücümüzlə həyata keçirəcəyik. Öz şəxsi avtomobillərinin içində baş örtüyünü açan və hicaba riayət etməyən qadınlara gəlincə, onlara xəbərdarlıq SMS-i göndərilir, ifadə vermək üçün əxlaq təhlükəsizliyi polisinə çağırılırlar. Polis bölməsinə çağırılan həmin şəxslərdən hicab qaydalarını bir daha pozmayacaqları barədə yazılı iltizam alınır, sonra sərbəst  buraxılırlar. Lakin bu əməllərini yenidən təkrar etdikləri təqdirdə, onlar növbəti dəfə məhkəməyə çağırılırlar” –deyə Hüseyn Əştəri əlavə edib.

 

Qeyd edək ki, aprelin 25-də şəxsi minik avtomobillərinin içində hicaba rəiayət etməyən yüzlərlə qadına polis tərəfindən SMS göndərilib və onlar ifadə vermək üçün Tehranın Vozəra (Xalid əl İslambuli) küçəsində yerləşən əxlaq təhlükəsizliyi polis idarəsinə çağırılıblar. Bu isə həmin küçədə tıxacın yaranmasına səbəb olub.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar