SON XƏBƏRLƏR

Hüseyn Salami Amerika rəsmilərini “müşrik” adlandırıb

2021.10.20, 07:36
Hüseyn Salami Amerika rəsmilərini “müşrik” adlandırıb

Gunaz.tv

GünAz TV: İran İslam İnqilabı Korpusunun (Sepah) komandir müavini Hüseyn Salami Amerika Birləşmiş Ştatlarının rəsmilərini “müşrik” adlandırıb.

 

O, “İranın Amerikanın heç bir müşrik rəsmisinin ayaqları altına qırmızı xalça sərmədiyini” deyib. Salami həmçinin Amerikanın dağılmaq üzrə olduğunu da iddia edib.

 

Şah dövründə İranın Amerika ilə normal münasibətləri  olmasına da toxunun iranlı general bu dövrü “məhedici dövr” adlandırıb.

 

Salami ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyalara da toxunaraq, deyib: “Heç bir amerikalı rəsminin İrana daxil olmaq icazəsi yoxdur. Amerika böyük səhv edib, düşünür ki, bizim ruzimizi verə bilər. ABŞ bacarırsa, öz daxilində olan 50 milyon ac insanı doydursun”.

 

Qeyd edək ki, iranlı general ABŞ-ı müxtəlif məsələlər, eləcə də “öz xalqını doydura bilməməkdə” ittiham etsə də, reallıq tam əksinədir. İranda uzun illərdir böyük sosial problemlər hökm sürür. Vaxtaşırı ölkənin əksər hissələrində işsizlik, yoxsulluq və əmək haqlarının ödənməməsinə görə etiraz aksiyaları keçirilir. 2018-ci ilin başlanğıcından sonuna qədər İranın əksər bölgələrində bu qəbildən olan etiraz aksiyaları keçirilmişdi. Bu aksiyalar nəticəsində bir neçə nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş, onlarla insan isə həbs edilərək, fiziki və psixoloji təzyiqlərə məruz qalmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar