SON XƏBƏRLƏR

Hüseyn Salamidən gülünc iddia: “Bu sanksiyalar Amerikanın özünə qarşı tətbiq olunsaydı, çoxdan çökmüşdü”

2021.10.20, 07:36
Hüseyn Salamidən gülünc iddia: “Bu sanksiyalar Amerikanın özünə qarşı tətbiq olunsaydı, çoxdan çökmüşdü”

Gunaz.tv

GünAz TV: “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami gülünc bəyanatla çıxış edib. O bildirib ki, “amerikalı rəsmilər İran rəsmilərindən biri ilə yadigar qalacaq şəkil çəkdirmək arzusu ilə yaşayırlar”.

 

Hüseyn Salami anti-Qərb çıxışı zamanı dünya güclərinin artıq “davam gətirməyə gücü qalmadığını” və “son çırpınışlarını etdiyini” iddia edib.

 

Amerika ilə yenidən razılaşma məsələsinə də toxunan komandan “İranın lüğətində uduzmaq, təslim olmaq, müzakirə aparmaq və saziş bağlamaq kimi sözlərin olmadığını” deyib.

 

“Bütün dünya bizə qarşı sanksiya qəbul edib, lakin şəhərlərimizdə bunun təsirinin elə də şahidi deyilik. Bu sanksiyalar Amerikanın özünə qarşı tətbiq edilmiş olsaydı, o ölkə çoxdan çökmüşdü”- deyə Salami iddia edib.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2018-ci ilin may ayında İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxmaqla, rəsmi Tehrana qarşı yenidən sanksiyalar tətbiq edib.

 

2019-cu ilin aprel ayında isə ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) rəsmən terror təşkilatları siyahısına daxil edib. Bunun ardınca, yəni may ayının 2-də İrandan neft idxal edən 8 istisna ölkəyə verilmiş möhlət hüququ dayandırılıb.

 

Hüseyn Salaminin iddialarının əksinə olaraq, beynəlxalq təşkilatların proqnozları göstərir ki, cari ilin sonuna qədər İran iqtisadiyyatı mənfi 6%-ə qədər kiçiləcək. Ölkənin xarici gəlirlərinin təqribən 70%-ni təşkil edən neft ixracatı da kəskin azalmaya məruz qalıb. Avqust ayına olan göstəricilərə əsasən, İran bu ay ərzində günlük 140 min barelə yaxın qara qızıl sata bilib, hansı ki, bu rəqəm sanksiyalardan əvvəl təqribən 2 milyon 600 min barel idi.

 

Digər tərəfdən, ölkədə ərzaq məhsullarının qiyməti də ötən illərə nisbətən həddindən artıq yüksəlib. Bəzi məhsulların qiymətində 300%-ə qədər artım müşahidə olunmaqdadır.

 

Hüseyn Salami çıxışının sonunda ölkədə olan iqtisadi problemləri qismən etiraf etsə də, amma bildirib ki, “bu bəzi problemlərə görə, düşmənin istəklərinə boyun əyməyəcəyik”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar