Diaspor könüllüləri Ağdama səfər ediblər

11.11.2021, 12:34

9 noyabr - Zəfər bayramı çərçivəsində bir qrup gənc Ağdam şəhərinə səfər edib.

Gunaz.tv Quote | Gunaz article

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfərdə “Karabarh is Azerbaijan” Milli Platfortması və Diaspor Könüllülərindən ibarət 50 nəfərlik heyət Ağdamda olub.

Onları Dövlət Komitəsinin əməkdaşları, “Karabakh is Azerbaijan!” Milli Platformasının və Diaspor Könüllülərinin koordinatoru müşayiət ediblər.

Gəzinti zamanı onlara işğaldan azad edilmiş torpaqlarda hazırkı vəziyyət və Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. 

Milli Qəhrəman Allahverdi Bağırovun da məzarı olan Şəhidlər Xiyabanı ziyarət edilib.

Pənahəli xanın imarəti, Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrına baş çəkən gənclər şəhərin tarixi və mədəniyyət abidələri haqqında məlumat əldə edib, Ağdamın Baş Planı ilə tanış olublar. Məscidin önündə xatirə şəkilləri çəkildikdən sonra gənclər Ağdamın məşhur tarixi abidələrindən və məkanlarından sayılan Sahbulaq qalasına yollanıblar.

Səfər çərçivəsində onlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntıların, Ağdam şəhərinin tarixi və mədəni irsinə qarşı törədilmiş vandalizmin canlı şahidi olublar.

“30 ilə yaxın doğma Ağdam şəhərini görməyi səbirsizliklə arzulayırdıq. Çox şükürlər olsun ki, Prezidentimizin, şanlı ordumuzun sayəsində bu böyük arzumuza çatdıq” – deyə istəklərini çatdıran gənclər bu sevinci xalqımıza bəxş etdiyinə, doğma Qarabağımızın gözü olan bu şəhəri görməyə şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şuşa Dövlət Qoruğu İdarəsinə mülkiyyət hüquqları ilə bağlı səlahiyyətlər verilib

2021-12-07

gun az article

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

2021-12-07

gun az article

XİN: Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırır

2021-12-07

gun az article

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ

2021-12-07

gun az article

İbrahim Rəisi: “Bəziləri gecə-gündüz dolların məzənnəsini qaldırmağa çalışırlar”

2021-12-07

gun az article

İranda daha bir ağır yol qəzası baş verib: 9 nəfər ölüb, 16 nəfər yaralanıb – FOTO

2021-12-07

gun az article

Nətənz nüvə təsisatı yaxınlığında baş verən partlayışla bağlı yeni faktlar üzə çıxıb: 5 kəşfiyyat dronu əməliyyat keçirib

2021-12-07

gun az article

İranlı axund: “İsfahan etirazlarında həbs edilənlərin ittihamlarına baxmaq üçün xüsusi şöbə yaradılıb” - FOTO

2021-12-07

gun az article

Almaniya: “İranın nüvə danışıqları ilə bağlı təklifləri qəbuledilməzdir”

2021-12-07

gun az article

“İran təyyarələrinin yarısından çoxu işlək vəziyyətdə deyil”- Əlirza Bərxor

2021-12-07

gun az article

PKK-nın daha bir rəhbər şəxsi məhv edildi

2021-12-07

gun az article

Ağdamın Keştazlı kəndindən VİDEO

2021-12-07

gun az article

Lider dövlətlər Rusiyaya qarşı birləşirlər

2021-12-07

gun az article

İranda dollar yenidən bahalaşdı: Məzənnə 31 min tüməni keçib

2021-12-07

gun az article

Şanlı dövlətçilik tariximiz: Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açıldığı gündür

2021-12-07

gun az article

İsrailin iki naziri ABŞ-da: İrana qarşı "b" planı müzakirə olunacaq

2021-12-07

gun az article

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

2021-12-07

gun az article

ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot edib

2021-12-07

gun az article

Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində-FOTOLAR

2021-12-06

gun az article

"Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezident

2021-12-06