SON XƏBƏRLƏR

İbrahim Nuri Evin zindanından qardaşına zəng edib

2021.10.20, 07:36
İbrahim Nuri Evin zindanından qardaşına zəng edib

Gunaz.tv

GünAz TV: İyunun 2-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin Evin zindanına aparıldığı məlum olub.

 

İ.Nuri qardaşı Fərəcə zəng edərək bu barədə məlumat verib. O, məhkəmə hökmü olmadan təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparıldığını bildirib.

 

Əhərli azərbaycanlı milli-mədəni fəal iyulun 2-də günortadan sonra Tehranda saxlanılaraq naməlum istiqamətə aparılmışdır.

 

İyunun 25-də Əhər Ədliyyə Şöbəsinin hökmləri icra edən bölümünün məmurları İ.Nurinin ata evinə müraciət edərək onu yaxalamaq istəmişdir, lakin fəal evdə olmadığı üçün bu mümkün olmamışdır. Bu hadisədən bir gün əvvəl isə təhlükəsizlik qüvvələri İbrahim Nuriyə Babək qalası yürüşünə qatılmaqla bağlı xəbərdarlıq edib. Onlar bildirib ki, o yürüşdə iştirak etməməlidir, əks halda yaxalanıb və saxlanılacaq.

 

Məlum olduğu kimi, iyulun 5-i və 6-da Babək qalasında ənənəvi yürüş keçiriləcək. Yürüşün keçirilməsindən vahiməyə düşən İran rejimi önləyici tədbir kimi fəalları saxlayır.

 

İ.Nuri bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar