SON XƏBƏRLƏR

İbrahim Nuri Evin zindanının rəisindən şikayət edib

2021.10.20, 07:36
İbrahim Nuri Evin zindanının rəisindən şikayət edib

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri həbsxanaya düzgün nəzarət olunmadığı və “Zindanların Nizamnaməsi” kitabının qaytarılmadığı üçün zindan rəisindən şikayət edib.

 

Azərbaycanlı fəal dekabrın 11-də Evin zindanının 7-ci maarifləndirmə korpusunun rəisinə xəbərdarlıq məktubu ünvanlayaraq zindan məsulları tərəfindən alınan “Zindanların Nizamnaməsi” kitabının qaytarılmasını istəmişdir. Fəal xəbərdarlıq etmişdir ki, zindanın daxili qaydaları ilə bağlı kitab qaytarılmayacağı təqdirdə  dekabrın 16-dan həbsxananın qaydalarına əməl etməyəcək. Buna səbəb qaydalarla tanış olmamaqdır və qanuna görə, bu vəziyyətdə qaydaya riayət etməyən şəxs heç bir məsuliyyət daşımır.

 

Bundan sonra 7-ci korpusun rəisi İ.Nuri ilə görüşərək kitabın qaytarılması problemini ona izah edib. O bildirib ki, məhbusun tələbi təmin olunacaq və kitab yaxın zamanda ona qaytarılacaq.

 

Buna baxmayaraq kitab hələ də İ.Nuriyə qaytarılmayıb. Fəal bunu saxlandığı zindanın rəisi Əli Çaharmahalinin həbsxanaya düzgün nəzarət etməməsi ilə əlaqələndirərək onun əleyhinə Müqəddəsi Ərdəbil 33-cü Məntəqənin Prokurorluğuna (Evin) şikayət ünvanlayıb.

 

Əli Çaharmahalinin əleyhinə edilən şikayətdə bildirilib ki, zindan təşkilatlarının nizamnaməsi həbsxanaya yeni gələn məhbuslara “Zindanların Nizamnaməsi” kitabının verilməsi, həmçinin onların hüquqları ilə bağlı maarifləndirilməsini məhbusların hüququ kimi tanıyıb. Ötən aylarda 4-cü maarifləndirmə korpusuna daxil olduğum zaman əlimdə “Zindanların Nizamnaməsi” kitabı var idi, həmin kitab məsullar tərəfindən məndən alındı və geri aytarılmadı. İslam Cəza Qanununun 570-ci maddəsinə əsasən rəsmi şəxslər və orqanlar kimsəni şəxsi azadlığından məhrum edərsə, o işindən  kənarlaşdırılmaqdan əlavə, 1 ildən 5 ilədək hökumət işində çalışmaqdan məhrum edilməli və 2 aydan 3 ilə qədər həbs olunmalıdır. Sırf bu qanunu rəhbər tutaraq Evin zinanının rəisi cənab Əli Çaharmahalidən şikayət edirəm”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

İ.Nuri hazırda Evin zindanının 7-ci korpusunda məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar