SON XƏBƏRLƏR

İbrahim Nuri: “Zindanların Nizamnaməsi” kitabım qaytarılmasa, həbsxananın daxili qaydalarına riayət etməyəcəm

2021.10.20, 07:36
İbrahim Nuri: “Zindanların Nizamnaməsi” kitabım qaytarılmasa, həbsxananın daxili qaydalarına riayət etməyəcəm

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri zindan məsulları tərəfindən alınan “Zindanların Nizamnaməsi” kitabının qaytarılmayacağı təqdirdə daxili qaydalara riayət etməyəcəyini bildirib.

 

Fəal bu barədə dekabrın 11-də Evin zindanının 7-ci maarifləndirmə korpusunun rəisinə xəbərdarlıq məktubu yazıb.

 

Məlumata görə, sözügedən kitab fəal ötən aylarda Evin zindanının 4-cü maarifləndirmə korpusuna intiqal edildiyi zaman ondan alınıb və bu günə qədər geri qaytarılmayıb.

 

İ.Nuri yazdığı məktubda bildirilib ki, Evin zindanı məhbusların həbsxananın daxili qaydlarıyla tanış olmasına təşəbbüs göstərməlidir. Lakin bu belə deyil. 4-cü maarifləndirmə korpusuna daxil olduğum zaman əlimdə “Zindanların Nizamnaməsi” kitabı var idi, həmin kitab məsullar tərəfindən məndən alındı və geri aytarılmadı.

 

Azərbaycanlı fəal xəbərdarlıq edib ki, zindanın daxili qaydaları ilə bağlı kitab qaytarılmayacağı təqdirdə  dekabrın 16-dan həbsxananın qaydalarına əməl etməyəcək. Buna səbəb qaydalarla tanış olmamaqdır və qanuna görə, bu vəziyyətdə qaydaya riayət etməyən şəxs heç bir məsuliyyət daşımır.

 

Əhərli fəal iyulun 2-də Babək qalası yürüşündə iştirak edə bilməsin deyə mərasimə bir neçə gün qalmış Tehranda saxlanmışdır.

 

O hazırda Evin zindanının 7-ci korpusunda məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir.

 

6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) keçirilən aksiyalarla bağlıdır. İ.Nuri aksiyada İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O məhkəmədə “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub və 6 ay həbs cəzasına məhkum edilib. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar Apelyasiyas Məhkəməsində olduğu kimi qüvvədə saxlanılıb.

 

Bundan əlavə, azərbaycanlı fəal 2015-ci il noyabrın 12-də məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etdiyinə görə qiyabi olaraq 10 ay həbs cəzasına məhkum edilib.

 

Hüquq ürə öyrənci olan fəalın gələn həftə Babək qalası mərasimi ilə əlaqədar sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə mühakimə olunacağı bildirilir.

 

Beynəlxalq Əfv Təşkilatı İranda azərbaycanlı fəallara edilən təzyiqlərlə bağlı avqustun 11-də yaydığı geniş bəyanatda fəalların qanunsuz saxlanılması və işgəncə edildiyini pisləyərək İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar