SON XƏBƏRLƏR

İbrahim Nurinin həbs olunmasından bir il keçdi

2021.10.20, 07:36
İbrahim Nurinin həbs olunmasından bir il keçdi

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin həbs olunmasından bir il keçir.

 

Ötən il bu günlərdə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəalı ənənəvi “Babək qalası” mərasiminə qatılmaqla əlaqədar 18 ay həbs və Nəhbəndan şəhərinə sürgün edilmə cəzasına məhkum edib. Hökm sonralar Apelyasiya Məhkəməsi tərəfindən 16 ay həbsə endirilib.

 

Fəal 2018-ci il iyulun 5-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Tehranın Evin zindanına aparılıb.

Onun 4 ay sonra azadlığa buraxılması gözlənilir.

 

Qeyd edək ki, İbrahim Nurinin 6 və 10 ay həbs cəzasına məhkum edildiyi daha iki dosyesi var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar