İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21 15:29

İranın yeni prezidenti seçilmiş İbrahim Rəisi quracağı hökumətin daxili və xarici siyasətindən və 1988-ci ildə ölkə zindanlarında həyata keçirilmiş kütləvi edamlardan danışıb.

Gunaz.tv Quote | Gunaz article

Bu gün jurnalistlərə müsahibəsində Rəisi “əl-Cəzirə” telekanalın ingilisdilli  bölməsinin müxbirinin onun 1988-ci ildə İran zindanlarında siyasi məhbuslara qarşı törədilmiş kütləvi qətliamlardakı rolu barədə verdiyi  sualı cavablandırıb. 


“Sizcə bu məsələnin sizin digər ölkələrlə necə münasibət qurmağınıza və sizin Qərb ölkələrinə səfərlərinizə təsiri ola bilərmi” sualını cavablandıran Rəisi deyib ki, o vəzifə tutduğu ilk gündən onun izlədiyi ən mühüm məsələlərdən biri iunsan hüquqları olub.


“Hesab edirəm ki, əgər bir prokuror insanların hüququnu və cəmiyyətin təhlükəsizliyini müdafiə edirsə, o bu işinə görə qiyməıtləndirilməli, təşviz olunmalıdır. Mən prokuror kimi işlədiyim və olduğum hər yerdə insanların və cəmiyyətin asayiş və təhlükəsizliyini müdafiə etməyimlə fəxr edirəm. 


Zindanlarda edam edilənlər insanların hüquqlarını pozur, DAEŞ (İŞİD) sayağı hərəkətlərə əl atır, cəmiyyətin təhlükəsizliyinə qarşı çıxırdılar. 


Bu gün dünyada insan hüquqlarını pozanlar öz əməllərinə görə cavabdeh olmalıdır. MƏn isə sadəcə olaraq insan hüquqlarını müdafiı etməyi öz borcum sayıram”, -deyə İbrahim Rəisi bildirib.


Rəisi həmçinin onun quracağı hökumətin yalnız müəyyən bir siyasi cərəyanın hökuməti olmayacağını və hamıya məxsus olacağını bildirərək deyib ki, onun hökumətində ölkə əhalisinin durumu yaxşılaşacaq, xalqın həyatı və güzəranı müsbətə doğru dəyişəcək.


“Biz ümidi xalqa qaytaracaq, korrupsiyanı aradan qaldıracağıq. Biz parlamentin və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun yardımı ilə ölkədə 7-ci inkişaf proqramını irəli aparacaq, həyata keçirəcəyik. 


Hökumətimizin xarici siyasətinə gəldikdə, dünya bilməlidir ki, vəziyyət artıq dəyişib və bu gün dünyanın qarşısında yeni bir şərait var. Amerikanın bizə qarşı apardığı maksimum təzyiq kampaniyası isə nəticə vermədiyinə görə hesab edirik ki, onlar bu məsələyə yenidən baxmalıdırlar. 


Bizim hökumətin xarici siyasəti nüvə sazişi (“Bərcam”) ilə başlamır və onunla da bitməyəcək. Biz yalnız milli maraqlarımızı təmin edən danışıqları müdafiə edəcək, nüvə müzakirələrinin uzun və yorucu olmasına imkan verməyəcəyik”, -deyə İranın yeni prezidenti İbrahim Rəisi vurğulayıb. 


Xatırladaq ki, İran İslam Respublikasının banisi Ruhullah Xomeyninin ilk canişini, ayətullah Hüseynəli Müntəzirinin oğlu, Əhməd Müntəziri, 2016-cı il, avqustun 12-də atasının 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli kütləvi qətliamına etiraz bildirən səs yazısını yayıb. 

Yayılan 40 dəqiqəlik səs yazısında Hüseynəli Müntəziri “Ölüm heyəti”nin başçısı olan İbrahim Rəisi və onun digər gənc üzvləri ilə üz-üzə söhbətdə onlara törətdikləri səssiz cinayətə görə kəskin etirazını bildirib.

 
 “İran İslam Respublikasında baş vermiş ən böyük cinayət, sizin əllərinizlə həyata keçirilmiş bu edamlardır. Bilin ki, bu edamlara görə tarix bizi məhkum edəcək və gələcəkdə tarix sizi cinayətkar kimi xatırlayacaq”, -deyə Müntəziri əlavə edib. 

 
Qeyd edək ki, 1988-ci ildə İran-İraq arasındakı 8 illik savaşa son qoyulması məqsədilə BMT-nin 598 saylı qətnaməsini qəbul etmək məcburiyyətində qalan və savaşdan məğlub kimi çıxan İran rejimi, ölkə zindanlarında saxlanılan siyasi məhbuslara qarşı ağlasığmaz cinayət planını həyata keçirib. 


Belə ki, o vaxtkı “dini lider” ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və göstərişi ilə o dövrdə 4 nəfərin, yəni şəriət hakimi Hüseynəli Nəyyeri, ölkə prokuroru Murtuza Eşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədinin iştirakı ilə “Ölüm heyəti” deyilən bir qurum yaradılıb.

Həmin quruma ölkə zindanlarında saxlanılan və hələ də öz siyasi əqidə və mövqeyinə israr edən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti və ixtiyari verilib.

 
Bunun ardınca ölkə həbsxanalarının qapıları 3 ay müddətinə məhbus ailələrinin üzünə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar, o cümlədən də xalq mücahidləri və kommunistlər “Ölüm heyəti” tərəfindən yenidən dindirilib.

2-3 dəqiqə sürən hər bir dindirilmədə "Ölüm heyəti"nin üzvləri əvvəlki siyasi əqidəsinin üstündə duran və tövbədən imtina edən məhbusları başqalarından ayırıblar.

Bununla da minlərlə günahsız məhbus, qısa bir zaman kəsiyində kütləvi şəkildə gülləbaran edilib, yaxud da dar ağacından asılıb.

Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

2021-07-23

gun az article

Kəlbəcərdə atışma davam edir

2021-07-23

gun az article

Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu

2021-07-23

gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23