SON XƏBƏRLƏR

İbrahim Rəisi İran Ekspertlər Məclisinin rəhbərinin müavini seçilib

2021.10.20, 07:36
İbrahim Rəisi İran Ekspertlər Məclisinin rəhbərinin müavini seçilib

Gunaz.tv

GünAz TV: Bu yaxınlarda İran məhkəmə sisteminin rəhbəri təyin edilmiş İbrahim Rəisi bu gün Ekspertlər Məclisinin rəhbərinin müavini seçilib. Onun 42 səslə bu vəzifəyə seçildiyi bildirilir.

 

Hazırda 86 üzvü olan Ekspertlər Məclisinin rəhbəri Əhməd Cənnətidir. O, həm də İran Konstitusiyaya Nəzarət Şurasının katibidir.

 

Bundan əvvəl isə Ali Məsləhət Şurasının rəhbəri olan Mahmud Haşimi Haşrudi İran Ekspertlər Məclisinin rəhbərinin müavini idi. Onun ölümündən sonra bu vəzifə bir müddətlik boş qalmışdı.

 

Qeyd edək ki, “fəqihlər”dən ibarət olan Ekspertlər Məclisinin əsas vəzifəsi İran Konstitusiyasının 107-ci maddəsinə əsasən, “dini lider” təyin etməkdir. Məclisin üzvləri hər 8 ildən bir seçkilər əsasında seçilir.

 

Digər tərəfdən, son dövrlər İran siyasi dairələri arasında İbrahim Rəisinin gələcək “dini lider” seçiləcəyi barədə söhbətlər gəzir.

 

Xatırladaq ki, İbrahim Rəisi İranda 1988-ci ildə minlərlə siyasi məhbusun edam hökmünü çıxaran heyətin üzvü olub. Avropa İttifaqı minlərlə insanın ölüm hökmünü çıxardığına görə ona qarşı sanksiya tətbiq edib. 2016-cı ildə Ruhullah Xomeyninin “dini lider” olduğu dövrdə müavini olmuş Hüseynəli Müntəziriyə məxsus səs yazısı yayılmışdı. Müntəziri bu yazıda İbrahim Rəisinin 1988-ci il edamlarını təşkil edən əsas şəxslərdən oslduğunu bildirirdi. Bu səs yazısının yayılmasından sonra İran Milli Məclisinin spikerinin müavini Əli Mütəhhəri Rəisidən məsələ ilə bağlı izahat tələb etsə də, onun bu tələbi cavabsız qalmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar