SON XƏBƏRLƏR

"İranda yoxsulluq dəhşətli səviyyəyə çatacaq"- Ticarət Palatasının üzvü:

2022.03.24, 06:41
"İranda yoxsulluq dəhşətli səviyyəyə çatacaq"- Ticarət Palatasının üzvü:

Gunaz.tv

O, İbrahim Rəisi hökumətinin hazırkı metodunun heç bir işə yaramayacağını bildirib.

 Xosrov Fruğan bu siyasətin yoxsulluğun azalmasına deyil, daha çox artacağına gətirib çıxaracağını deyib.

“Cənab prezident mütləq yoxsulluğun aradan qaldırımalı olduğunu deyir. Ancaq hazırkı fəaliyyət forması ilə mütləq yoxsulluq daha da çoxalacaq və aztəminatlı təbəqə saysız çətinliklərlə üzləşəcəklər”-deyə, tanınmış iqtisadçı bildirib.

Onun sözlərinə görə, xarici valiyuta ilə bağlı güzəştlərin ləğv olunması tümənin dəyərinin çoxalmasına deyil, onun daha da dəyərdən düşməsinə, yaxın vaxtlarda bir dolların 40 min tümənə çatmasına səbəb olacaq.

O, yeni günəş ilində işçilərin əmək haqlarının 57% artırılması ilə bağlı iddiaları əsassız sayıb və bildirib ki, real olaraq dövlət işçilərinin əmək haqları 10% civarında artıb, bu isə infliyasiyanın səviyyəsinin yüksək olmasına görə heç nəyi həll etmir. 

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar