SON XƏBƏRLƏR

“Son 30 ildə həmişə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına dəstək vermişik”-Tehran rəsmisi

2021.11.08, 12:11
“Son 30 ildə həmişə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına dəstək vermişik”-Tehran rəsmisi

Gunaz.tv

 Bu gün mediaya açıqlamasında S.Xətibzadə deyib ki, İranla Azərbaycan Respublukasının əlaqələri normal istiqamətdə davam etməlidir.


“Biz son 30 ildə həmişə Azərbayn ərazilərinin işğal olunmasının əleyhinə olmuş, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını dəstəkləmişik.

Elə buna görə də, biz ötən il işğal altında ərazilərin bir hissəsinin azad olunması münasibəti ilə Azərbaycan hökumətini və onun xalqını təbrik etdik və bu qələbənin ildönümünün qeyd olunmasını müsbət qarşılayırıq.


Hesab edirik ki, hər iki ölkə rəhbərlərinin iradəsi qarşılıqlı əlaqələri genişləndirməkdir və bu istiqamətdə İran və Azərbaycan xarici işlər nazirləri və digər rəsmi şəxsləri ilə aparılan danışıqlar davam edir.


Ümid edirik ki, bundan sonra hər iki ölkə arasında əlaqələr daha inkişaf edəcək və bir daha media sahəsində anlaşılmazlıqların təkrar olunmasının şahidi olmayacağıq.


İranın Ermənistanla Azərbaycan arasında baş vermiş savaşdan sonra imzalanmış saziş haqqındakı mövqeyi barədə verilən suala gəldincə, dəfələrlə demişik ki, bisim bu barədəki mövqeyimiz tam şəffaf və aydındır.


Biz, Azərbaycan ərazilərinin (erməni işğalından-red) işğaldan azad olunmasını müsbət qarşılayır və Azərbaycan xalqını (erməni işğalçıları qarşısında -red) göstərdiyi bu müqavimətinə görə təbrik edirik. 


Hesab edirik ki, beynəlxalq sərhədlər tanınmalı, regional əməkdaşlıq genişləndirilməli və İranla Azərbaycan Respublikası arasındakı əlaqələr normal istiqamətdə davam etməlidir. İran isə bu istiqamətdə özünün bütün imkanlarından faydalanacaq”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar