SON XƏBƏRLƏR

Səid Xətibzadə: “İranla Amerika arasında birbaşa heç bir danışıqlar aparılmayıb”

2021.12.20, 12:18
Səid Xətibzadə: “İranla Amerika arasında birbaşa heç bir danışıqlar aparılmayıb”

Gunaz.tv

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın bir neçə gün əvvəl Vaşinqtonun Tehrana birbaşa xəbərdarlıq mesaj göndərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Xətibzadə deyib ki, yayılan xəbərlərə baxmayaraq iki ölkə arasında birbaşa hər hansı bir təmas olmayıb.

“Bizimlə Amerika arasında Vyanada aparılan nüvə müzakirələri barədə birbaşa heç bir danışıqlarımız olmayıb. 

Sadəcə olaraq, danışıqların əvvəlindən indiyədək Avropa Birliyi baş katibinin müavini Enrique Mora vasitəsilə danışıqlar prosesi ilə əlaqədar Amerikanın bizə bir neçə yazılı və şifahi mesajı çatdırılıb, cavabı da dərhal verilib”, deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xatırladaq ki, Ceyk Saaivan bir neçə gün əvvəl mediaya açıqlamasında deyib ki, Amerika birbaşa İrana mesaj göndərərək, Vyana danışıqlarında indiki dekonstruktiv mövqeyini davam etdirəcəyi və danışıqlar masasının arxasına qayıtmayacağı təqdirdə nələrin baş verəcəyi haqqında rəsmi Tehrana xəbərdarlıq edib. 

gun az article

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar