SON XƏBƏRLƏR

Səid Xətibzadədən rəsmi Bakıya tövsiyə: "Bəyanat yayarkən bir az diqqətli olsunlar"

2021.10.20, 07:36
Səid Xətibzadədən rəsmi Bakıya tövsiyə: "Bəyanat yayarkən bir az diqqətli olsunlar"

Gunaz.tv

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev son açıqlamasında Qarabağ torpaqları işğalda olarkən 30 il ərzində İranın yük maşınlarının qanunsuz olaraq Azərbaycan ərazisindən Ermənistana və oradan Avropaya narkotik maddə daşıdığını bildirib.

O deyib ki, İran-Azərbaycan əlaqələri hazırda təbii məcrada davam edir.


“Bizim Azərbaycan Respublikasındakı qardaşlarımıza tövsiyəmiz odur ki, mediaya bəyanatlar verməzdən əvvəl imkan versinlər ki, hər iki ölkə rəsmilərinin danışıqları diplomatik kanallardan davam etsin. 


Onlar diplomatik kanallardan yaxşı, konstruktiv və qardaşcasına mesajlar göndəriblər və hesab edirəm ki, bu danışıqların bu istiqamətdə davam etməsinə icazə vermək lazımdır. 


Azərbaycan rəsmilərinin mediada səsləndirdiyi bir sıra bəyanatlarının hansı məqsədlə yayılması bəlkə də hamıya bəllidir. Əlbəttə mən kiminsə bununla bağlı niyyətinin nədən ibarət olmasına toxunmaq istəmirəm"-S.Xətibzadə belə deyib.


Tehran rəsmisi rəsm Bakıya "məsləhət" də verib.

"Azərbaycan rəsmilərinə tövsiyə edirik ki, bəyanat yayarkən bir az diqqətli olsunlar və üçüncü tərəflərin onlara tələ qurmasına imkan verməsinlər. 


Hazırda İranla Azərbaycan əlaqələri çox təbii bir məcradadır.

Hesab edirik ki, onlar (Azərbaycan tərəfi-red) muğayat olmalı və bu təbii münasibətlərə süni əllər tərəfindən xələl gətirilməsinə imkan verməməlidirlər”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar