SON XƏBƏRLƏR

Səid Mətinpur: "Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq"

2023.03.16, 11:21
Səid Mətinpur: "Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq"

Gunaz.tv

O, İranda azərbaycanlılarının hüquqlarının pozulmasından danışarkən, azərbaycanlıların hüquqlarının hətta demokratiya tərəfdarı olduqlarını iddia edən qruplar tərəfindən də gözardı edildiyini deyib.

"Biz İranda demokratiyanın qurulmasını istəyənlərin tərəfindən milli hüquqlarımızın tanınmasını istəyirik. Onlar hüquqlarımızın demokratiyanın qurulmasından sonra tanıyacaqlarını iddia edirlər.

Bu necə olacaq, necə edəcəklər? Öz hüquqlarımızın əldə edilməsi üçün özümüz öncül olmalı, addımlar atmalıyıq",- Mətinpur bildirib.

O, İranda Azərbaycan milli məsələsinin yeni dönəmdə 32 illik tarixə malik olduğunu deyib və bildirib ki, bu hərəkatın istəkləri tamamilə aydın və sistemlidir.

"Biz istəklərimizi mədəni və dinc yollarla bildirməyə çalışmışıq. Mitinq, aksiya, piket, mədəni tədbirlər, sosial şəbəkə və s. vasitələrlə fəaliyyətlərimizi davam etdirmişik.

Hazırda bu məsələ kəndlərdə də yayılıb",- keçmiş siyasi məhbus Azərbaycan milli məsələsinin bu gün İranda əsas mövzulardan biri olduğunu deyib.

Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulub. 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib.

2015-ci ilin avqust ayının 26-da 8 illik məhkumluq müddətinin 7 il 2 ayını çəkdikdən sonra konstitutsiyanın 134-cü maddəsinə uyğun olaraq bir neçə ay tez azadlığa buraxılıb.

GünqazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar