SON XƏBƏRLƏR

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021.12.07, 13:24
Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

Gunaz.tv

“İllərdir ki, Tikabın (Tikantəpə) Əfşar xalçasının qeydiyyata alınması üçün çalışırdıq və bu təşkilatımızın davamlı fəaliyyəti nəticəsində bu il baş verdi”-deyə, Babayi yaxın günlərdə əyalət və ölkə məsullarının iştirakı ilə beynəlxalq lisenziyanın açılış mərasiminin keçiriləcəyini bildirib. 

Sənaye, Mədən və Ticarət Palatasının başçısı hal-hazırda əyalətdə 72 min nəfərin əldə toxuma xalça sahəsində fəaliyyət göstərdiyini və illik 290 min kvadratmetr xalçanın ölkə daxili və xarici bazarlar üçün istehsal etdiklərini qeyd edib. 

Qeyd edək ki, Qərbi Azərbaycanda fəaliyyət göstərən 72 min xalçaçının yalnız 17 min nəfəri siğorta xidmətlərindən istifadə edir və 50 mindən çox xalça toxucusu bu imkandan məhrumdur. 

Bununla yanaşı Əfşar xalçasının beynəlxalq qeydiyyata alındığı Tikantəpədə 8500 xalça toxucusunun yalnız 850 nəfəri siğorta xidmətindən yararlanma imkanına sahibdir.  

Bundan öncə 2010-cu ildə Tikantəpənin əldə toxuma “Əfşar” xalçası,  2013-cü ildə isə Xoy bölgəsinin “Rizmahı” xalçası İranın milli əsərləri siyahısına salınıb.  

C.E

غلامرضا بابایی | اولدوز خبر | اخبار ارومیه اخبار آذربایجان غربی

Qulamrza Babayi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar