İki aydır tutulmuş milli fəallar Səid Sultani və Babək Kiyumərsidən xəbər yoxdur

2020-12-01 16:23

Həbs olunmalarından iki ay keçməsinə baxmayaraq, milli- mədəni fəallar Səid Sultani və Babək Kiyumərsidən heç bir xəbər yoxdur.

Gunaz.tv Quote | Gunaz article

Ailələri dəfələrlə Təbriz məhkəməsinə getsələr də, məhkəmə və təhlükəsizlik orqanları məsulları onlara fəallar taleyi ilə bağlı heç bir məlumat verməyiblər. Bu isə ailələrin narahatlığını daha da artırıb. 


Səid Sultani və Babək Kiyumərsiyə qarşı "ölkənin düşmən qruplarında üzvlük" ittihamları irəli sürülüb. 


Xatırladaq ki, hər iki fəal cari ilin oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin "Ettelaat" İdarəsinin istintaq təcridxanasına aparılıb. Təhlükəsizlik orqanları işçiləri Səid Sultanini tutduqdan sonra onun evində təftiş apararaq, notbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla, bir çox şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər. 


Qarabağın azadlığı uğrunda Quzey Azərbaycan Ordusunun başlatdığı əks-hücumlar zamanı Güney Azərbaycanın əksər şəhərlərində Azərbaycana dəstək və İranın Ermənistana göstərdiyi hərbi logistik dəstəklərə görə kütləvi etiraz aksiyaları keçirilmişdi. Bundan sonra İran rejiminin təhlükəsizlik orqanları çoxlu sayda milli fəalı həbs etmişdi. Onlardan bir çoxu ağır mülki vəsiqələr qarşılığında müvəqqəti  olaraq azadlığa buraxılıb. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23

gun az article

GünazTV Jan.22.2021-Azadlıq səsi: Amerikada demokrasi qələbəsi - Milli fəaların həbsxana dirənişi və İranda ekonomi

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Paylaşım programı, 25-ci Bölüm.

2021-01-22

gun az article

Urmu Zooparkının acınacaqlı durumu+video

2021-01-22

gun az article

Rəşt Universitetinin rəhbərliyi “Yağış” öyrənci dərgisinin nəşrinə əngəl törədir

2021-01-22

gun az article

Ərdəbil donub-tepmeratur mənfi 20 dərəcəyə düşüb

2021-01-22

gun az article

Rəştdə Qarabağ məhkumları bəraət alıblar

2021-01-22

gun az article

İranda sünni din xadimi edam edilib

2021-01-22

gun az article

Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb

2021-01-22

gun az article

GünazTV Jan.20.2021-Sözümüz: Əli Təbrizli

2021-01-22

gun az article

GünazTVJan.21.2021- Düşünməyə Çağırı: Qarabağ və Türk Dünyası

2021-01-22

gun az article

Qərbi Azərbaycanda 482 kəndin yolu bağlanıb

2021-01-21

gun az article

İran hökuməti “Şah İsmayıl Səfəvi Fondu” yaradır

2021-01-21

gun az article

Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub

2021-01-21