İkinci Dünya Müharibəsindən sonra dünya ən böyük böhranla üz-üzə qalıb - Antonio Quterreş

01.04.2020, 17:45

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “Covid-19”un İkinci Dünya Müharibəsindən bəri dünyanın ən böyük böhranı olduğunu söylədi.

 

Yeni növ korona virusunun (Covid-19) yayılmasının sosial-iqtisadi təsirləri barədə hesabat yayan A.Quterreş epidemiyanın bütün dünyanı təhdid etdiyini və əvvəlkilərinə bənzəməyən iqtisadi böhrana səbəb olacağını bildirərək deyib:

"Bu, İkinci Dünya Müharibəsindən sonra qarşılaşdığımız ən ağır böhrandır. Biz bu böhranı kənara qoya və həmrəylik içində "siyasi oyunlar"ı aradan qaldıra bilərik.

 

BMT epidemiya və bunun səbəb olduğu sosial-iqtisadi şoklarla mübarizə aparmaqla əlaqədar aşağı və orta gəlirli ölkələrə dəstək olmaq üçün çox tərəfdaşlı yeni fond yaradır.

 

Baş verənlər, xüsusilə Afrika qitəsində daha çox narahatvericidir. G-20 ölkələrini Afrikaya nəzər yetirməyə çağırıram.

 

Beynəlxalq Əmək Təşkilatı epidemiya 5 - 25 milyon arası iş yerinin və 860 milyard ilə 3,4 trilyon dollar arası gəlir itkisini təxmin edir.

 

Dünyada kənd əhalisinin 50 və şəhər əhalisinin 20 faizinin tibbi sığortası yoxdur. İnkişaf etməkdə olan ölkələrin ümumdaxili məhsulu təxminən 2, qlobal orta hesabla isə 4, 7 faizə düşüb.

 

Təlim-təhsil sahəsində epidemiya səbəbindən 166 ölkədə məktəblər bağlanıb: 1,52 milyard şagird və tələbə, o cümlədən 60.2 milyon müəllim təhsilə ara verib." TRT

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21