SON XƏBƏRLƏR

İkitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır

2021.10.20, 07:36
İkitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır

Gunaz.tv
”İkitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır” 4371.jpg Bakıya işgüzar səfərə gəlmiş Ukrayna prezidenti Viktor Yuşşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. İ. Əliyev bu ilin may ayında Kiyevə rəsmi səfərini xatırladaraq Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin intensivləşdiyini qeyd edib: “Gündəlikdə duran ikitərəfli məsələlər hər iki dövlətin milli maraqlarına uyğun olaraq razılaşdırılır”. Ukrayna prezidenti Viktor Yuşşenko iki ölkənin həyata keçirmək niyyətində olduğu birgə enerji layihələrində pozitiv irəliləyişlərin olduğunu deyib: “Mən praktiki müstəviyə keçən enerji layihələrinin irəliləməsindən məmnunam”. Viktor Yuşşenko bu gün Bakıda böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışını mühüm hadisə adlandırıb. Danışıqlarda Ukrayna tərəfindən xarici işlər naziri Vladimir Oqrızko, mədəniyyət və turizm naziri Vasili Vovkun, prezidentin ofisinin rəhbəri Ruslan Demçenko, prezidentin katibliyinin başçısının müavini Aleksandr Çalıy, “Ukrspeseksport” dövlət şirkətinin baş direktoru Sergey Bondarçuk iştirak ediblər. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar