SON XƏBƏRLƏR

Hikmət Hacıyev: “Müqaviləni imzalamaqla regionda sülhü təmin edə bilərik”

2021.11.06, 09:08
Hikmət Hacıyev:  “Müqaviləni imzalamaqla regionda sülhü təmin edə bilərik”

Gunaz.tv

Bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Minsk qrupunun səylərinə baxmayaraq münaqişənin həllində heç bir nəticəyə gəlinmədi:

“Artıq Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. İndi bu münaqişə Azərbaycanın gündəminə daxil deyil. Azrbaycanla Ermənistan arasında birbaşa əlaqə yoxdur. Lakin nəqliyyat infrastukturnun, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində çalışırıq. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdi. 

Biz sülh müqaviləsinin imzalanmasında iddialıyıq. Bu cür nümunlər dünyada var, misal üçün Almaniya ilə Fransa arasında imzalanan sülh müqaviləsi. Biz sülh müqaviləsi imzalamaqla regionda sühü təmin edə bilərik”.

Hikmət Hacıyev Qarabağ münaqişəsinə artıq son qoyulduğunu bildirib. "Bu, artıq Qarabağ Azərbaycanın daxili işidir"-deyə, H.Haıcyev vurğulayıb.

Prezidentin köməkçisi deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədi. Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.

“Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir”, - deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik.  (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar