SON XƏBƏRLƏR

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022.09.29, 05:35
Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

Gunaz.tv

Fəallardan biri Səid Sadiqifər sentyabrın 28-də ailəsi ilə qısa telefon əlaqəsi saxlasa da, bir neçə saniyədən sonra telefon əlaqəsi kəsilib.

Sadiqifərin ailəsi onu telefonda ağrılardan əziyyət çəkdiyini dediyi zaman telefon danışığının kəsildiyini, onun arılarının zindanda döyüldüyü üçün olduğunu deyirlər.

Başqa fəal Əsgər Əkbərzadənin ailəsi də, onun xəstə olduğu üçün davamlı olaraq dərman qəbul etdiyini, ancaq Ərdəbil zindanı rəhbərliyinin dərmanların fəala çatdırılmasına icazə vermədiyini bildirirlər.  

Başqa fəallar Meysəm Colani və Möhsün Möhsünzadənin isə saxlanıldıqları zaman döyüldükləri və ağır bədən xəsarətləri ilə aparıldıqlarına baxmayaraq, barələrində məlumat verilmir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar