SON XƏBƏRLƏR

“ETTELAAT bizdən Azərbaycan əleyhinə danışmağı tələb edir”-Güneyli millət vəkili

2022.01.29, 12:55
“ETTELAAT bizdən Azərbaycan əleyhinə danışmağı tələb edir”-Güneyli millət vəkili

Gunaz.tv

Güneyli millət vəkili bildirib ki, onlardan Azərbaycan Respublikası əleyhinə çıxış etməyi tələb edirlər.

“ETTELAAT bizdən Azərbaycan Respublikası ilə bağlı tənqidi mövqe tutmağımızı, çıxış etməyimizi istəyir. Bu səbəbdən İran parlamentində təmsil olunan azərbaycanlı millət vəkilləri çətin durumdadırlar”- Purhüseynin bir neçə yerli jurnalistlə söhbətindən yayılan səs qeydində belə deyilir.

"Son günlər Təhlükəsizlik Nazirliyinin əməkdaşları bizimlə əlaqə saxlayaraq Azərbaycan Respublikası ilə bağlı susmağımıza irad bildiriblər"-deyə, millət vəkili bildirib.

Şəkur Purhüseyn Biləsuvar gömrük keçid məntəqəsi ilə bağlı jurnalistlərin sualına cavab olaraq deyib ki, İran hökuməti Azərbaycan Respublikası ilə sərhəd bölgələrindən faydalı istifadə etmək əvəzinə, bu amili təhdid alətinə çevirir.

O, Ərdəbil əyalətinin nümayəndəsi Südeyf Bədri və Təbrizin keçmiş nümayəndəsi, hazırda Sənaye, Mədən və Ticarət naziri olan Rza Rəhmani ilə danışıqlarında onların Azərbaycan Respublikasına səfərləri zamanı baş verən hadisəni danışıb.

“Təbrizin nümayəndəsi Məsud Pezeşkiyanla Azərbaycan Respublikasına səfər etmişdik. Bakıda səfərdə olan Türkiyə parlamentinin başçısının çıxışı toplantı iştirakçıları tərəfindən alqışlandı.

Məsud Pezeşkiyana çıxış etməsini təklif etdim. O, bildirdi ki, İran hökumətinin mövqeyini bilmədiyim üçün burada danışa bilmərəm”-deyə, Biləsuvarın millət vəkili Südeyf Bədriyə istinadən bildirib.

Purhüseyn deyib ki, hazırda Azərbaycanın İsrail və Amerika ilə daha çox yaxınlaşması, Ermənistanda isə ABŞ-a meyilli hökumətin iş başına gəlməsi İranın ziyanına olub və sıxıntıya salıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar