SON XƏBƏRLƏR

Vali azərbaycanlıların istəyinə qarşı çıxdı- "Heyran gədiyinin Gilandan ayrılmasına imkan verilməyəcək"

2022.01.19, 08:05
Vali azərbaycanlıların istəyinə qarşı çıxdı- "Heyran gədiyinin Gilandan ayrılmasına imkan verilməyəcək"

Gunaz.tv

Qeyd edək ki, əhali bunun imza toplama kampaniyasına başlayıb.

 O, Heyran gədiyini Gilan əyalətinin üzük qaşı adlandıraraq onun əyalətdən ayrılmasına imkan verməyəcəklərini bildirib.

“Həmişə bir qrup belə hərəkətlərlə heyran, Astara və Ərdəbil əhalisinin hissyiyyatları ilə oynayırlar.

Son günlər kimliyi bəlli olan şəxslər kampaniya başladaraq iki bölgə əhalisi arasında dağınıqlıq yaratmaa çalışırlar”-deyə, Gilan valisi imza toplama kampaniyası başladan yerli əhalini fitnəkarlıqda ittiham edib.

O, bu hərəkətlərin heç bir nəticə verməyəcəyini vurğulayıb, Heyran gədiyinin Gilan əyaləti tərkibində qalacağını deyib.
Xatırladaq ki, bir neçə gün öncə Heyran gədiyinin yenidən Ərdəbil əyalətinin inzibati ərazi bölgüsünə salınması tələbi ilə imzatoplama kampaniyası başladılıb.

Müstəqil imza toplama platformasında #Ərdəbil_Heyra həştəqi adı altında həyata keçirilən kampaniyanı başladanlar prosesin yanvarın 24-dən başlayaraq iki ay müddətinə bunun davam etdiriləcəyini bildirib.

“İranda inzibati ərazi bölgüsü kəndlərin rayon mərkəzlərinə və şəhərlərin əyalət mərkəzinə yaxınlığı göstəricilərinə görə həyata keçirilir.

Bununla yanaşı ortaq dil və mədəniyyətdə mahal və əyalətlərin təşkil tapmasında əsas amillərdən biri sayılır. Keçmişdə Heyran gədiyinin yollarının 20 kilometri onun əhalisi ilə eyni dil və mədəniyyəti bölüşən Ərdəbil əyalətinin tərkibində olub.

Bununla yanaşı indidə məişət, səhiyyə və xidmət sahəsində bölgənin bütün bağlantıları Ərdəbil əyaləti ilə sıx bağlıdır"-kampaniyan başlanması ilə əlaqədar yayılan açıqlama bildirirlir.

Qeyd olunur ki, son illər bölgə kəndlərinin əhalisinin Ərdəbil əyalətinə birləşmək barədə haqlı tələblərinə məhəl qoyulmur. Bu isə ərazidə yaşayan insanların çoxlu problemlərlə qarşılaşmasına səbəb olub

"Ona görə də, biz bu kampaniyanı imzalayanlar adı çəkilən ərazilərin yenidən Ərdəbil əyalətinə qaytarılmasını istəyirik"-

Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir.

Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub.

Sonralar ölkənin inzibati ərazi bölgüsündə Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər yayıblar.

C.E

 

منطقه حیران همچون گذشته مانند نگین بر بلندای گیلان می درخشد/انتقاد از اقدامات تفرقه انگیز میان مردم گیلان و اردبیل

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar