İlham Əliyev: “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”

2020-07-31 13:08

“Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur”.

Gunaz.tv Quote | Gunaz article

Kanal8 xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.


Dövlət başçısı bildirib: “Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt – erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər. Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Bağdad hava limanı raket atəşinə tutuldu

2021-05-03

gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22

gun az article

ABŞ və Avropanın üç böyük dövləti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

2021-02-17