İlham Əliyevdən Ermənistana: " Torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar"

2020-09-30 17:21

“Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır”.

Gunaz.tv Quote | Gunaz article

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib.


Dövlət başçısı deyib ki, Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək.


“Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.


Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik, əks təqdirdə 30 ilə yaxın danışıqlara ümid bəsləməzdik. Danışıqlara bizim sadiq qalmağımızın yeganə səbəbi o idi ki, ümid var idi. Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib. Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk”, - Prezident İlham Əliyev bildirib.


Dövlət başçısının sözlərinə görə, hələ ki gec deyil: “Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından 
da bu, bizim torpağımızdır.


Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun”.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20

gun az article

İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19

gun az article

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

2020-10-19

gun az article

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrini qəbul edib- FOTO

2020-10-19

gun az article

TBMM sədri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Bakı Türk şəhidliyini ziyarət edib

2020-10-19

gun az article

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna qarşı etiraz aksiyası keçirilib- FOTO

2020-10-19

gun az article

MN: Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-19

gun az article

Azərbaycan bayrağı Xudafərin körpüsündə

2020-10-18

gun az article

Moskvada Ermənistanın Gəncə şəhərində törətdiyi terrorun qurbanları anılıb

2020-10-18

gun az article

Ermənistan Silahlı Qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb- FOTO

2020-10-18

gun az article

Ərdoğan: “Azərbaycan haqlı mübarizəsində qalib olacaq”

2020-10-18