SON XƏBƏRLƏR

Sərəskənd-Çaroymaq yolları bərbad durumdadır: Millət vəkili əlaqədar qurumları tənqid etdi

2021.10.20, 07:36
Sərəskənd-Çaroymaq yolları bərbad durumdadır: Millət vəkili əlaqədar qurumları tənqid etdi

Gunaz.tv

O, Quşlar kəndində seçiçilərlə görüşü zamanı bildirib ki, bölgənin 700 kilometrlik kənd yolları istifadəyə yararsızdır. Yolların qalan 350 kilometri isə dağıldığı üçün normal bölgə əhalisinin başqa yerlərlə asan əlaqə qurmasında problemlər yaranır.

“Bu, bölgədə yaşayan kəndlilərin bir çox xidmətlərdən istifadə edə bilməməsinə səbəb olur. Özəlliklə qış aylarında bu yollarımn həftələrlə bağlanması əhalinin ətraf aləmdən təcrid edir”-deyə, millət vəkili bildirib.

Millət vəkili bununla yanaşı torpaq və şosse yollarında mədən istismarçılarının ağır texnikaları və yük maşınları vasitəsilə dağıdıldığını, Sənaye, Mədən və Ticarət Təşkilatının bunun qarşısının alınması və yolların təmiri ilə bağlı tədbir görmədiyini söyləyib.

Seyid Həmzə Əmini Marağa-Sərəskənd yolunun bölgənin ən çox qəza baş verən və təhlükəli yolu olduğunu bildirib, bu magistral yolun tikintisinin başa çatdırılması üçün Yol və Şəhərsalma Nazirliyinin vəsait ayırmadığını tənqid edib.

Qeyd edək ki, Marağa-Sərəskənd yolu bölgənin ən təhlükəli yollarından sayılır. Uzun müddətdir burada salınmalı olan magistral yol vəsait ayrılmadığı üçün yarımçıq qalıb.

Hər il Şərqi Azərbaycan əyalətinin yol qəzaları ilə bağlı hazırlanan statistikasında Marağa-Sərəskənd yolu insan ölümlərinə görə ilk yeri tutur.

Buna son nümunə olaraq okrtaybrın 5-i gecə saatlarında bu yolda baş verən ağır yol qəzası göstərmək olar.

Qəza nəticəsində biri 15 yaşlı yeniyetmə qız olmaqla iki nəfər həyatını itirib, dörd nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

14868974_660.png

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar