SON XƏBƏRLƏR

Millət vəkili: "İranda dərman çatışmazlığı kritik vəziyyətə yaxınlaşır"

2022.07.08, 04:54
Millət vəkili: "İranda dərman çatışmazlığı kritik vəziyyətə yaxınlaşır"

Gunaz.tv

O, məsələ ilə bağlı Səhiyyyə Nazirliyi məsullarının cavabdehlik daşımadıqları söyləyib və onların hətta impiçment təhdidləri qarşısında belə reaksiya vermədiklərindən heyrətləndiyini bildirib.

Millət vəkili bundan öncəki və indiki səhiyyə nazirlərinin ümumi səhiyyə siyasətlərini həyata keçirə bilmədikləri üçün mühakimə olunmalarını istəyib.

Qeyd edək ki, dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb.

Başqa bölmələrin də fəaliyyətinin tamamilə dayandırılacağı gözlənilir.

Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda bildirilir ki, durum belə davam edərsə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacaq və dərman çatışmazlığının pik həddə çatacaq.

Birliyin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.

Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindənn ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar