SON XƏBƏRLƏR

Millət vəkili Urmu Gölünü Bərpa Mərkəzinin fəaliyyətinin tənqid etdi: "Layihələr səmərəsizdir"

2021.10.20, 11:32
Millət vəkili Urmu Gölünü Bərpa Mərkəzinin fəaliyyətinin tənqid etdi: "Layihələr səmərəsizdir"

Gunaz.tv

O, qurumun irəli sürdüyü layihələrin yanlış olduğunu və mərkəz rəhbərliyinin bununla bağlı məsuliyyət daşıdığını deyib.

Mehdi İsazadə buna görə Ətraf Mühit İdarəsinin keçmiş başçısı İsa Kəlantəri və Urmu Gölünü Bərpa Mərkəzinin başçısı Məsud Təcrişinin mühakimə olunmalarını istəyib.

“Son yeddi il ərzində Urmu gölünün bərpası adı altında səmərəsiz layihələr təqdim olunub və bunun üçün böyük məbləğdə vəsait alınıb. Təftiş Təşkilatı Kəlantəri və Təcrişinin bu vəsaiti hara xərclədiklərini araşdırmalıdır”–deyə, Qoşaçayın nümayəndəsi bildirib.

M.İsazadə adı çəkilən hər iki şəxsin məsələ ilə əlaqədar heç bir biliyə malik olmadığını bildirib.

O, gölün bərpası ilə bağlı keçmiş prezident Həsən Ruhani və müavininə dəfələrlə xəbərdarlıq etdiyini, ancaq heç bir nəticə ala bilmədiyini söyləyib.

 M.İsazadə deyib ki, bölgəni yaxşı tanıyan Urmu və Təbriz Universitetlərinin alimləri Urmu gölünün bərpası işlərinə cəlb olunmalıdır.

İsa Kəlantəri və Məsud Təcrişinin əməllərinin Azərbaycana xəyanət olduğunu deyən millət vəkili Qoşaçay bölgəsinin də su təminatı sahəsində ciddi problemlərlə  üzləşdiyini bildirib.

“Kənd təsərrüfatı sahəsində suya olan tələbatı ödənilmədiyi üçün bölgə sakinləri, özəlliklə kəndlilər başqa yerlərə köçmək məcburiyyətində qalırlar”-deyə, İsazadə ölkə və yerli məsulları əhalinin problemlərinə laqeyd yanaşmaqda günahlandırıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar