SON XƏBƏRLƏR

Millət vəkili: "Urmu gölünün bərpası ilə bağlı bəzi xərclərin sənədləri yoxa çıxıb"

2022.09.07, 06:10
Millət vəkili: "Urmu gölünün bərpası ilə bağlı bəzi xərclərin sənədləri yoxa çıxıb"

Gunaz.tv

Süməyyə Rəfii Urmu gölünə xərclənən vəsaitlərdən müsbət nəticə əldə edilmədiyini deyib.

O, Urmu gölünün Bərpa Qərargahının keçmiş başçısına istinadən göldə baş verən ekoloji fəlakətin 85 faizinin insan müdaxiləsi nəticəsində ortaya çıxdığını söyləyib.

Süməyyə Rəfii gölün bərpası üçün əhatəli proqram həyata keçirmək əvəzinə yanlış müdaxilələr edildiyini və durumun daha da çətinləşdirildiyini qeyd edib.

Millət vəkili gölün ortasında suyun hidroloji dövriyyəsinə mane olan qeyri-standart keçid körpü tikintisinə də toxunub və bildirib ki, bu körpü gölü iki hissəyə bölərək onun məhv olmağa sürükləyib.

Yaxın Şərqin ən böyük duzlu gölü olan Urmu gölünün quruması son illərdə geniş etirazlara səbəb olub.

Bundan bir neçə həftə əvvəl Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri, Urmu gölünun bərpa olunmayacağı təqdirdə hökumətin yıxılacağını deyib.

Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün sahəsi tarixdə ilk dəfə olaraq 1000 kvadrat kilometrdən aşağı düşüb və hazırda gölün 91%-i quruyub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar