SON XƏBƏRLƏR

Milli fəal Yaşar Piri həbs edildi

2022.08.17, 09:00
Milli fəal Yaşar Piri həbs edildi

Gunaz.tv

Bu barədə qardaşların yaxınları məlumat verib.

Onun həbs səbəblər və ittihamı barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Yaşar Piri bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə həbs edilmiş, nəzarət altına alınmışdı.

İki güneyli qardaş həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla üzləşmişdilər.

Bununla yanaşı Yaşar Piri 2012-ci ilin aprel ayında Urmu gölündə baş verən ekoloji fəlakətin qarşısının alınmamasına görə Təbrizdə keçirilən etiraz aksiyalarına qatıldığı üçün saxlanılmış və "ictimai asayişi pozmaq" ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdi.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar