SON XƏBƏRLƏR

Milli fəal Yaşar Əkbərzadə müvəqqəti azad edilib

2022.11.01, 06:42
Milli fəal Yaşar Əkbərzadə müvəqqəti azad edilib

Gunaz.tv

Oktyabrın 3-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılan ərdəbilli milli fəal Yaşar Əkbərzadə oktyabrın 31-də 600 milyon tümən girov qarşılığında Ərdəbil zindanından müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Hakim Kamyar Səlimin sədrliyi ilə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 7-ci bölməsində aparılan məhkəmə prosesinin ilkin mərhələsində ərdəbilli fəala qarşı “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək əlbir olmaq və toplaşmaq” ittihamı irəli sürülüb.

Qeyd edək ki, Yaşar Əkbərzadə müvəqqəti buraxılsa da, daha 6 milli fəal, Əsgər Əkbərzadə, Meysəm Colani, Yusif Kari, Məhəmməd Colani, Firuz Moini, Səccad Qane Müqəddəm hələdə Ərdəbil zindanında saxlanılırlar.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar