SON XƏBƏRLƏR

Milli fəal Şahin Bərzgərin məhkəməsi olub

2021.11.01, 12:10
Milli fəal Şahin Bərzgərin məhkəməsi olub

Gunaz.tv

Şahin Bərzgər “kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək”də ittiham olunur.

Milli fəal 2019-cu ilin noyabbr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda başqa milli fəallarla birlikdə Təbrizdə saxlanılıb.

Şahin Bərzgər təxminən 100 gün İranın təhlükəsizlik təşkilatının həbsxanasında saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ötən ilin avqust ayında Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən milli fəalın cəzası 3 aya azaldılıb və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəz edilib.

Bununla yanaşı daha əvvəl Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi Bərzgərə “ictimai asayişi pozmaq” ittihamından bəraət verib.

Şahin Bərzgər bundan əvvəl də azərbaycanlıların demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalıb.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.

Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar