SON XƏBƏRLƏR

Milli fəal Saleh Molla Abbasi 16 gündür aclıq aksiyası keçirir

2022.11.03, 05:15
Milli fəal Saleh Molla Abbasi 16 gündür aclıq aksiyası keçirir

Gunaz.tv

Onun ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə verilmir.

Bu üzdən doğmaları milli fəalın sağlıq durumundan nigarandır.

Saleh Molla Abbasinin telefon danışığına qadağa onun 18 oktyabrda barəsində edilən haqsızlıq və qanunsuzluqlara görə aclıq aksiyasına başlayacağı barədə ailəsinə verdiyi məlumatdan sonraya təsadüf edir. 

Məhbus fəalın həyat yoldaşı Homeyra Turabi onun təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı zaman şəxsi əşyalarının, o cümlədən telefon. kompüterinin də aparıldığını deyib.

Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da Əhər şəhərində yerləşən şəxsi evində həbs edilib.

Bundan öncə sentyabrın 25-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Saleh Molla Abbasinin evinə basqın edib. 

Məmurlar özü evdə olmadığı üçün onun ailə üzvlərini döyüb və təhqir ediblər.

ETTELAAT məmurları Saleh Molla Abbasinin evində axtarış aparıb, ona məxsus kompüteri, telefonu və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Qeyd edək ki, adı çəkilən fəal bundan öncədə dəfələrlə təqib, təzyiqlərə məruz qalıb və həbs edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar