SON XƏBƏRLƏR

Milli fəal Nadir Sadiqiyan cərimə cəzasına məhkum edilib

2021.11.14, 07:58
Milli fəal Nadir Sadiqiyan cərimə cəzasına məhkum edilib

Gunaz.tv

O, “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” itihamına görə 6 milyon tümən cərimə cəzasına məhkum edilib.

Bundan öncə Nadir Sadiqiyan oktyabrın 23-də hakim Rəhim Həmlbərin başçılıq etdiyi Təbrizin İnqilab Məhkəməsinin 1-ci bölməsində mühakimə edilib və barəsində 4 ay həbs qərarı çıxarılıb.

Nadir Sadiqiyan 26 iyulda Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya göndərilib və 11 avqustda Təbriz zindanına köçürülüb.

O, 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar