SON XƏBƏRLƏR

Milli fəal Əhər zindanında təkadamlıq kameraya köçürülüb

2022.07.20, 10:42
Milli fəal Əhər zindanında təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

Onun təkadamlıq kameraya köçürülməsi fəalın məzuniyyət hüququndan istifadə edə bilməməsi, ailəsinin təhlükəsizlik məmurları tərəfindən incidilməsinə etiraz olaraq iyulun 17-dən aclıq aksiyasına başlamasından sonraya təsadüf edir.

Əkbər Əbülzadə bu gün, 7 iyun 2022-ci il çərşənbə axşamı səhər saat 10:30-da Əhər şəhərində həbs edilib.

Fəalın həyat yoldaşı Sara Xudakərəmi özünün "instaqram" sosial media hesabında həbslə bağlı paylaşım edib.

“Həbsin səbəbləri barədə məlumat verilmir. Lakin ehtimal edirik ki, bu, Əəkbərin bundan öncə 2015-ci ildə İran televiziyasının “Fitilə” verilişində azərbaycanlılar təhqir edilən zaman etiraz aksiyalarına qoşulduğu üçün 10 ay həbs cəzasına məhkum edilməsi ilə bağlıdır”-deyə, Sara Xudakərəmi yazıb.

Əkbər Əbilzadə Əhərdə anadan olub və inşaat mühəndisliyi fakültəsini bitirib. O, 12 noyabr 2015-ci ildə dinc etiraz aksiyalarına qoşulduğu üçün saxlanılıb.

Milli fəal 1 sentyabr 2018-ci ildə Bəhlül Əlizadənin başçılıq etdiyi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin son qərarı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar