SON XƏBƏRLƏR

Tehranda yaşayan güneyli milli-mədəni fəal Səid Tağıpur polisə çağırılıb

2022.02.07, 13:53
Tehranda yaşayan güneyli milli-mədəni fəal Səid Tağıpur polisə çağırılıb

Gunaz.tv

Bu barədə Səid Tağıpur özünün sosial media hesabında etdiyi paylaşımda məlumat verib. Tehran şəhərinin Kiberməkana Nəzarət Polisi tərəfindən dindirilmək üçün çağrıldığını yazıb.

O, bildirib ki, bu gün fevralın 7-i səhər saatlarında Kiberməkana Nəzarət Polis İdarəsinə getdikdən sonra sorğu-suala tutulub, hədələnib və günortadan sonra Tehran şəhər Təhlükəsizlik Polisi Komandanlığına getməsi tapışırılıb.

Səid Tağıpur ona “öz hərəkətlərinə diqqət etmək”lə bağlı hədələyici məsləhətlər verildiyini bildirib. 

Güney azərbaycanlı fəal  Səid Tağıpur 2019-cu il noyabr etirazları zamanı da polisə çağırılıb, lakin ona qarşı heç bir fakt olmadığı üçün bəraət alıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar