SON XƏBƏRLƏR

Milli fəal Əkbər Nəiminin müalicəsinə icazə verilmir

2022.06.11, 05:20
Milli fəal Əkbər Nəiminin müalicəsinə icazə verilmir

Gunaz.tv

O, bildirib ki, həbsxana rəhbərliyi bununla bağlı etdiyi müraciətlərə cavab vermir.

Fəalın qardaşı Abbas Nəimi özünün sosial media hesabında etdiyi paylaşımda Əkbər bəyinn 10 aydır diş ağrılarından əziyyət çəkdiyini bildirib.

Onun sözlərinə görə, bu, fəalın qulaq, göz və baş nayihəsində şiddətli ağrıların yaranmasına yol açıb.

Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılmış, sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan Dərnəyi"nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar