SON XƏBƏRLƏR

Milli fəal Əmir Səttariinin işi Apellyasiya Məhkəməsinə göndərilib

2021.12.10, 07:30
Milli fəal Əmir Səttariinin işi Apellyasiya Məhkəməsinə göndərilib

Gunaz.tv

O, Təbriz Cəza Məhkəməsinin 111-ci bölməsi tərəfindən “kiber məkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də günahlandırılıb.

Milli fəal 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edilib, həbs cəzasının 50 günü iki il müddətinə ertələnib.

Əmir Səttari 21 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq ETTELAAT-ın təcridxanasına aparılıb.

O, avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülüb və 15 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, Səttari bundan öncədə fəaliyyətlərinə görə saxlanılıb və barəsində qərar çıxarılıb.

O, hal-hazırda 3 illik şərti həbs cəzasını çəkir.

Əmir Səttari 2017-ci ildə saxlanıldıqdan sonra 5 illik həbs cəzasına məhkum edilib.

Səttari 5 illik həbs cəzasının 2 ilini çəkdikdən sonra Məhkəmə Hökmlərinin İcrası İdarəsi onun barəsində yeni qərar çıxarıb.

Qərara görə, onun qalan 3 illik məhkumluğu şərti həbs cəzası ilə əvəzlənib.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar