SON XƏBƏRLƏR

Milli fəal Məhəmməd İmami qamçı və həbs cəzasına məhkum olunub

2021.11.30, 09:37
Milli fəal Məhəmməd İmami qamçı və həbs cəzasına məhkum olunub

Gunaz.tv

Qeyd edək ki, güneyli fəal polis məmuru Əmir Rüfəti Esfəngəranin şikayəti əsasında mühakimə olunub.

O, “polis məmurunu qəsdən döyümə və xəsarət yetirmə” və “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların iş fəaliyyətlərinə, təhlükəsizliklərinə əngəl törətmək”də ittiham edilib.

Eyni gündə məhkəmə fəala qarşı çıxarılan həbs cəzasının icrasının 5 il müddətinə gecikdirilməsi ilə bağlı qərar qəbul edib.

Tez-tez rastlanan bu qərar fəalların ictimai, milli və mədəni fəaliyyətlərdən çəkindirmək, onları daima basqı altında saxlamaq məqsədi daşıyır. 

Qeyd edək ki, Məhəmməd İmami də onlarla başqa fəal kimi 24 iyul tarixində Təbrizdə keçirilən aksiyada saxlanılıb. 

M.İmami bir müddət sonra 80 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar