SON XƏBƏRLƏR

Milli fəal Vədud Əsədi saxlandığı yer məlum oldu

2021.11.12, 08:15
Milli fəal Vədud Əsədi saxlandığı yer məlum oldu

Gunaz.tv

O, İranın Kəşfiyyat və Təhlükəsizlik Təşkilatının (ETTELAAT) Rəşt təcridxanasında saxlanıldığını deyib.

Qeyd edək ki, oktyabrın 30-u, axşam saat 19.00 radələrində təhlükəsizlik məmurları Vədud Əsədinin evinə basqın edib.

Milli fəal həmin gün həbs olunub.

Onun saxlanılması barədə heç bir məhkəmə arayışı təqdim etməyən məmurlar Əsədiyə aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb. 

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dəstəyə etiraz etdiyinə, Azərbaycan Ordusuna dəstək aksiyasında qatıldığına görə 13 gün müddətinə saxlanılmışdı.

Noyabrın 7-də Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi 16-cı bölməsi tərəfindən təyin edilən 170 milyon tümənlik vəsiqənin hazırlanmasına baxmayaraq, təhlükəsizlik idarəsi və məhkəmə sistemi onun zaminə buraxılmasına maneçilik törədir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar