SON XƏBƏRLƏR

Milli fəal Aydın Cəfəri Ərdəbil təhlükəsizlik idarəsinə köçürülüb

2022.10.21, 07:40
Milli fəal Aydın Cəfəri Ərdəbil təhlükəsizlik idarəsinə köçürülüb

Gunaz.tv

Parsabad şəhərində yaşayan mili fəal Aydın Cəfəri ailəsi ilə qısa telefon danışığı zamanı Ərdəbilin təhlükəsizlik idarəsinə köçürüldüyünü deyib.

Bununla yanaşı təhlükəsizlik məmurları fəalın ailəsinin müraciətlərinə cavab olaraq onları təhdid edib və "Aydınla işimiz çoxdur" deyiblər.

Bundan öncə oktyabrın 18-də Biləsuvar sərhəd xidməti bölməsindən ona sərhəd alayının qərargahına getməsi ilə bağlı çağırış göndərilib.

Lakin Cəfəri çağırış etibarsız olduğu üçün getməkdən imtina etmişdi.

Qeyd edək ki, o, oktyabrın 19-da Muğanın Parsabad şəhərində həbs edilib.

Timur 
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar